"Mənim nə istədiyimi bilirlər - İstəklərim o qədər də böyük deyil"

12 Yanvar 2022 12:00 İngiltərə 542
"Mənim nə istədiyimi bilirlər - İstəklərim o qədər də böyük deyil"

“Liverpul”un hücumçusu Məhəmməd Salah yeni müqavilə ilə bağlı aparılan danışıqlar haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Salah “Liverpul”da qalmaq istədiyini bildirib.

O, tələblərinin rəhbərliyə məlum olduğunu deyib:

“Qalmaq istəyirəm. Amma bu, məndən asılı deyil. Hər şey rəhbərliyin əlindədir. Mənim nə istədiyimi bilirlər. İstəklərim o qədər də böyük deyil.

Artıq 5 ildir buradayam. Klubu yaxşı tanıyıram. Azarkeşləri sevirəm, onlar da məni sevirlər. Rəhbərlik situasiyanı bilir. Hər şey onlardan asılıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti