Braziliyalı üçün 25 milyon avro ödəməyə hazırdır - "Arsenal”

11 Yanvar 2022 00:20 İngiltərə 715
Braziliyalı üçün 25 milyon avro ödəməyə hazırdır -

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi Braziliyanın “Palmeyras” klubundan Danilonu transfer etmək niyyətindədir.

“Arsenal” 20 yaşlı yarımmüdafiəçi üçün “Palmeyras”a 25 milyon avro ödməyə hazırdır.

Braziliya klubu Danilonu yaya qədər komandada saxlamaq istəsə də, “Arsenal” futbolçunun keçidini bu ay həll etməkdə israrlıdır.

Danilo “Palmeyras”la 83 matçda 5 qol vurub, 5 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 18 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada