Premyer Liqa klubundan 2 yeni transfer - Biri konqolu, digəri braziliyalı

9 Yanvar 2022 12:20 İngiltərə 1 020
Premyer Liqa klubundan 2 yeni transfer - Biri konqolu, digəri braziliyalı

“Uotford” heyətini yeni futbolçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi dayaq yarımmüdafiəçisi Edo Kayembe və braziliyalı mərkəz müdafiəçisi Samiri transfer edib.

Belçika təmsilçisi “Eupen”dən transfer olunan Kayembe ilə 4,5 illik müqavilə imzalanıb.

23 yaşlı futbolçu daha öncə yetirməsi olduğu “Anderlext”in də formasını geyinib. Konqolu ölkəsinin əsas yığmasına da dəvət alır.

Samir Kaetano de Souza Santos isə İtaliyanın “Udineze” klubundan transfer edilib. 27 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

2016-cı ildən “Udineze”də çıxış edən Samir, bu komandanın heyətində bütövlükdə 147 matça çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı futbolçu əvvəllər “Flamenqo” və “Verona”da da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı