"Onlar bizə çətinlik yarada bilərdilər, müdafiəçilərin səhv etməsini gözləyirdim"

4 Dekabr 2021 00:10 İngiltərə 510
"Onlar bizə çətinlik yarada bilərdilər, müdafiəçilərin səhv etməsini gözləyirdim"

“Liverpul”un ulduzu Məhəmməd Salah Premyer Liqada “Everton”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, “Goal” nəşrinə danışan misirli hücumçu 4:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Oyundan əvvəl baş məşqçimiz Yurgen Klopp “Everton”un gücündən bəhs etdi. Onlar bizə çətinlik yarada bilərdilər. Sadəcə futbolumuzu oynamalı və imkanlar yaratmalı idik.

Hesab 2:1 olanda oyun çətin keçirdi, amma 3:1-dən sonra daha rahatlaşdıq. Müdafiəçilərin səhv etməsini gözləyirdim.

Bu mövsüm əsas hədəfim titul qazanmaqdır. Ya Çempionlar Liqasını, ya da Premyer Liqanı. Ümid edirəm ki, hər ikisini qazana bilərik. Bunun üçün çalışacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?