FİFA kənar investisiyalar cəlb etməyi planlaşdırır - Səhmlərini satışa çıxardı

10:20 Dünya futbolu 80
FİFA kənar investisiyalar cəlb etməyi planlaşdırır - Səhmlərini satışa çıxardı

FIFA tarixində ilk dəfə olaraq yeni yaradılan “FIFA Forward Enterprise” strukturu vasitəsilə kənar investisiyalar cəlb etməyi planlaşdırır.

Sportinfo.az “Bloomberg”ə istinadən xəbər verir ki, yeni strukturun ümumi dəyəri 20 milyard dollar qiymətləndirilir.

Məlumata görə, FIFA təşkilatın media və kommersiya hüquqlarının həvalə ediləcəyi yeni şirkətin təxminən 20 faizlik səhmini sataraq investorlardan 4,2 milyard dollara qədər vəsait toplamağı hədəfləyir.

Potensial investorlar arasında amerikalı sahibkar Coşua Kuşnerin “Thrive Eternal” fondu da yer alır.

Əldə olunan vəsaitin, o cümlədən milli futbol assosiasiyalarına ödənilən illik maliyyə dəstəyinin artırılmasına yönəldilməsi nəzərdə tutulur. Hazırda FIFA-ya üzv olan hər bir ölkə təşkilatdan ildə təxminən 2 milyon dollar alır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 16:30 Çək və bizə göndər!