Bölgə klubunun gözdən çıxardığı legionerlə bağlı PROBLEM VAR

17:00 Kəpəz 216
Bölgə klubunun gözdən çıxardığı legionerlə bağlı PROBLEM VAR

"Kəpəz" Mahamado Banı heç cür razı sala bilmir.

Baş məşqçi Azər Məmmədov yarımmüdafiəçinin xidmətində maraqlı deyil.

Xüsusilə onun maaşının yüksək olması çalışdırıcını narahat edir.

Amma Malidən olan legioner də getmək barədə düşünmür.

Orta sahə oyunçusu 3 aylıq təzminat təklifini də geri çevirib.

İstəyi müqaviləsinin sonuna qədər olan pulu almaqdır.

Futbolçunun Gəncə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

26 yaşlı əcnəbi "Kəpəz" formasında keçirdiyi 53 görüşdə 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti