“Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferi ilə bağlı mübarizə davam edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun transferində əsas favorit “Real” hesab olunur və klub artıq bu istiqamətdə işə başlayıb.
Yarımmüdafiəçinin özünün də Madrid klubuna keçməyə üstünlük verdiyi bildirilir. Klub oyunçu üçün 50 milyon avrodan çox vəsait xərcləməyə hazırdır.
Bununla belə, “Barselona”nın da transfer uğrunda mübarizədən çəkilmədiyi qeyd olunub.
Kataloniya klubu “Real”la rəqabət apararaq ciddi cəhd göstərsə, Rodrinin “Barselona”nı seçməsi də istisna edilmir.

