Türkiyənin əfsanəsi Bakıda

29 İyul 07:40 Güləş 357
Türkiyənin əfsanəsi Bakıda

Türkiyənin güləş əfsanəsi Taha Akgül Bakıya səfər edib.

Sportinfo.az xəbər verir ki, səfərdə məqsəd Azərbaycan paytaxtında keçirilən güləş üzrə U-17 komandalarının dünya çempionatını izləməkdir.

Azərbaycan Güləş Federasiyasının yaydığı xəbərə görə, Taha Akgül bu gün Milli Gimnastika Arenasında azarkeşlərlə görüşəcək. Görüş saat 16:00-da başlanacaq.

Taha Akgül sərbəst güləş üzrə bir dəfə Olimpiya, üç dəfə dünya və on dəfə Avropa çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti