Gəlirlər. yanlarında da kimsə yox - Nə azarkeş, nə jurnalist...

16:00 Zirə 166
Gəlirlər. yanlarında da kimsə yox - Nə azarkeş, nə jurnalist...

“Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə “Payde” ilə qarşılaşacaq.

İlk oyun çərçivəsində Estoniyada baş tutan ilk qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanmışdı.

Bu dəfəki dueldə “Zirə”nin qalib gəlmək şansı kifayət qədər yüksəkdir.

Əvvəla ona görə ki, təmsilçimiz öz vətənində və doğma azarkeşlərinin dəstəyini hiss edərək oynayacaq.

Digər məqam “Payde”nin Azərbaycana tranzit reysi ilə, yəni təxminən 10 saat yol qət edərək gəlməsidir. Yol yorğunluğu və fərqli iqlim istər-istəməz özünü göstərəcək.

Və digər fakt, qonaqların Sumqayıtda dəstəksiz qalması.

Oyunla bağlı Estoniyadan Azərbaycana azarkeşlər təşrif buyurmayacaq. Məsələn, “Zirə” – “Torpedo” (Kutaisi) qarşılaşmasında tribunadakı gürcü fanatlar qonaqları dəstəkləyirdisə, bu dəfə belə olmayacaq.

Hətta matçı işıqlandırmaq üçün estoniyalı həmkarımız belə akkreditasiyadan keçməyib.

İyulun 30-da Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq oyun saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti