“Neftçi”nin qapıçısı “Dinamo” ilə cavab oyununa hazır olacaq?

30 İyul 03:40 Neftçi 566
“Neftçi”nin qapıçısı “Dinamo” ilə cavab oyununa hazır olacaq?

“Neftçi”nin qapıçısı Emil Balayevin durumu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk “Dinamo”su ilə cavab oyununa hazır olacaq.

Balayev belaruslularla Bakıdakı ilk görüşdə zədələnmiş və fasilədə əvəzlənmişdi. Lakin millimizin qapıçısı qısa müddətdə zədəsini sağaltmağı bacarıb.

Kollektiv məşqlərə qoşulan Emilin cavab qarşılaşmasında iştirak ərizəsində olması gözlənilir.

“Dinamo” ilə “Neftçi” cavab oyunu iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində keçiriləcək. Bakıdakı ilk matçda qonaqlar 4:2 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti