“Bura qızıl qazanmaq üçün gəlmişdim”

30 İyul 03:50 Güləş 993
“Bura qızıl qazanmaq üçün gəlmişdim”

“Bura qızıl medal qazanmaq üçün gəlmişdim”.

Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal qazanan Azərbaycan güləşçisi Ömər Salmanov deyib.

O, əsas hədəfinin çempionluq olduğunu bildirib:

“Təəssüf ki, yarımfinalda bəzi səhvlərə yol verdiyim üçün məğlub oldum. Düşünürəm ki, rəqib məndən zəif idi”.

Salmanov yarışdan medalsız ayrılmamağın onun üçün vacib olduğunu vurğulayıb:

“Bürünc medal uğrunda görüşə tam hazır çıxmışdım. Ən azı üçüncü yeri tutaraq medal qazanmaq istəyirdim. Allaha şükür ki, buna nail oldum”.

Güləşçi qarşıdakı yarışlarda daha yüksək nəticə qazanmağa çalışacağını qeyd edib:

“Bundan sonra daha ciddi hazırlaşacağam. Məqsədim bu bürünc medalı gələcəkdə qızıl medalla əvəzləməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi