"Dinamo"ya görə Bolqarıstana səfər edəcək "Neftçi"dən XƏBƏR

02:40 Neftçi 74
"Dinamo"ya görə Bolqarıstana səfər edəcək "Neftçi"dən XƏBƏR

"Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo"ya (Minsk) qarşı Bolqarıstanda keçiriləcək cavab oyunu üçün səfər proqramı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, komanda iyulun 29-da, səhər saatlarında Bolqarıstana yola düşəcək.

Həmin gün baş məşqçi Yuri Vernidubun iştirakı ilə saat 19:30-da mətbuat konfransı keçiriləcək. Saat 20:00-da isə komandanın media üçün açıq məşqi baş tutacaq.

"Dinamo" (Minsk) – "Neftçi" görüşü ertəsi gün keçiriləcək. Qarşılaşma Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe Siti" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Belarus təmsilçisi Bakıdakı ilk oyunda 4:2 hesablı qələbə qazanıb.

Kluba azərbaycanlı azarkeşlərin komandaya dəstək məqsədilə oyunda iştirakı ilə bağlı hər hansı müraciət daxil olmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 19:30 Çək və bizə göndər!