Ölkəmiz ilk medalını qazandı - Dünya çempionatında

29 İyul 03:40 Güləş 302
Ölkəmiz ilk medalını qazandı - Dünya çempionatında

Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı gürcüstanlı Giorgi Çxikvadzeyə 7:1 hesabı ilə qalib gəlib.

Beləliklə, Salmanov Azərbaycana mundialdakı ilk medalı qazandırıb.

Yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Digər Xəbərlər
Xəbər Lenti