"Qarabağ"la matçdan əvvəl belə qalib gəldilər - VİDEO

03:30 Hadisə 84
"Qarabağ"la matçdan əvvəl belə qalib gəldilər - VİDEO

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ÇSKA növbəti oyununu keçirib.

Sofyalılar Bolqarıstan çempionatının ikinci turu çərçivəsində “Botev”i qəbul edib.

Sportinfo.az xəbər verir ki, Bakıdan qolsuz heç-heçə ilə dönən ÇSKA II təsnifat mərhələsinin cavab görüşü ərəfəsində qələbə qazanıb.

Oyun paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

38-ci dəqiqədə hesabı açan “Botev” 90+3-cü dəqiqədə matçda son nöqtəni qoyub. ÇSKA isə bu aralığa 3 qol sığdırıb. Şvarts 41 və 89, Pittas isə 90+1-ci dəqiqədə fərqlənib.

İlk turda heç-heçə edən ÇSKA bu qələbə sayəsində turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Zirvəni 6 xalla “Ludoqorets” və “Levski” bölüşür.

ÇSKA – “Qarabağ” oyunu iyulun 30-da, Vasil Levski adına milli stadionda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 16:30 Çək və bizə göndər!