Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ÇSKA – “Qarabağ” matçının oyunöncəsi proqramı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisi məlumat yayıb.
Belə ki, ÇSKA-nın baş məşqçisi Xristo Yanev bu gün, Bakı vaxtı ilə saat 13.00-da jurnalistlərin suallarını cavablayacaq. Komandanın media üçün açıq məşqi saat 19.00-da başlayacaq.
Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da mətbuat konfransı keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 20.45-da start götürəcək. “Köhlən atlar” Sofiyada oyunöncəsi məşq keçirməyəcək.
Qarşılaşma sabah, saat 22.00-da başlayacaq.

