Millimiz Portuqaliyanı uddu - Avropa çempionatının B divizionunda

03:30 Basketbol 66
Millimiz Portuqaliyanı uddu - Avropa çempionatının B divizionunda

Oğlanlardan ibarət U-18 millimiz Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatının B divizionunda növbəti qrup oyununu Portuqaliya seçməsinə qarşı keçirib.

Sportinfo.az xəbər verir ki, millimiz oyunun ilk hissəsində rəqibə məğlub olsa da, ikinci hissədə geridönüş edərək 52:50 hesablı qələbə qazanıb.

Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Millimiz 2 qələbə, 2 məğlubiyyətlə qrupda 3-cü sırada qərarlaşıb.

Yığmamız qrupda sonuncu oyununu 29 iyul Bakı vaxtı ilə saat 20:00-da Çexiya seçməsinə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 19:30 Çək və bizə göndər!