“Qarabağ” o qədər də güclü deyil, media onları çox şişirdib”

16:20 Qarabağ 142
“Qarabağ” o qədər də güclü deyil, media onları çox şişirdib”

Bolqarıstanlı futbol mütəxəssisi Georri Georgiyev Avropa Liqasının təsnifat mərhələsinin ikinci turunun ilk oyununda “Qarabağ” və “CSKA Sofiya” arasında Bakıda qolsuz başa çatan görüşlə fikirlərini bildirib.

Sportinfo.az ”Tema Sport”a istinadən xəbər verir ki, 1988-1991 və 1996-cı illərdə CSKA-nın formasını geyinmiş keçmiş yarımmüdafiəçi “Qarabağ”ı məğlub edəcəklərinə inandığını deyib:

““CSKA Sofia” məni Azərbaycanda xoş təəccübləndirdi, çünki onlar yaxşı oynadılar. İndi qarşıda daha çətin vəzifə var, Sofiyadakı cavab oyunu.

Məncə, biz də eyni şəkildə, bəlkə də bir az daha aqressiv oynamalıyıq, çünki “Qarabağ”ın o qədər də güclü olmadığı gördük. Sadəcə, media onları çox şişirdib, inanılmaz dərəcədə qorxulu təqdim etmişdi.

Amma mən qorxulu bir şey görmədim. Onların üç-dörd yaxşı oyunçusu var və bu qədər.

Ümumilikdə, matç bərabər səviyyədə keçdi, hətta bəzən “CSKA Sofia” üstünlük qazanırdı.

Cavab oyununda qalib gəlməliyik. Bu, gələcək və Avropada uzun bir payız üçün perspektivlər açacaq.

0:0 və ya 1:1 hesablı heç-heçə üçün oynamağa ehtiyac yoxdur. Çünki “Qarabağ” təzyiq altında çoxlu səhv etdiyini göstərdi.

“CSKA Sofiya”nın çoxlu analitiki var və onlar həmçinin azarkeşlərdən çox dəstək alacaqlar. Ümid edirəm ki, qalib gələcəklər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti