Abşeronda ağır yol qəzası baş verdi, iki futbolçu öldü - VİDEO

30 İyul 10:40 Hadisə 1 114
Abşeronda ağır yol qəzası baş verdi, iki futbolçu öldü - VİDEO

Ötən gün Abşeron rayonunda ağır yol qəzası baş verib.

Sportinfo.az xəbər verir ki, Lökbatan-Qobu yolunda Hüseynov Rauf Ədalət oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Ağaverdiyev Mais Ağahüseyn oğlunun idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub.

Nəticədə R.Hüseynov və onun avtomobilində olmuş sərnişin Sultanov Bəhruz İlham oğlu aldıqları xəsarətlərdən həlak olublar. Yük avtomobilin sürücüsü M.Ağaverdiyevin isə xəsarət alıb.

Fakta görə, Abşeron RPİ-də Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qəzada ölən B. Sultanov və R.Hüseynov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM