"Çətin oyun olacaq. Artıq nə etmək lazım olduğunu bilirik. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçək”.
Sportinfo.az xəbər verir ki, bu sözləri "Payde"nin baş məşqçisi Tarmo Kink Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl deyib.
O, matça tam hazır olduqlarını söyləyib:
“İlk oyunda "Zirə"nin üstün olması ilə razı deyiləm. Biz rəqibi daha çox sıxışdırmışdıq.
Bəli, ilk hissədə "Zirə"nin müəyyən dominantlığı var idi. Amma bu o demək deyil ki, sabahkı oyunda müdafiədən oynayacağıq. Tam olaraq formadayıq və hazırıq”.
Mütəxəssis “Zirə”nin baş məşqisi Rəşad Sadıqovdan da danışıb:
“Rəşad Sadıqovun hansı dövrdə oynadığını xatırlamıram. Azərbaycan millisi ilə qarşılaşmalarda mənim futbolçu kimi cəmi iki şansım olub.
Həmin dövrdə də Rəşad Sadıqovla qarşılaşıb-qarşılaşmamağım yadıma gəlmir".

