“Qarabağ” ÇSKA ilə cavab matçına hazırlaşır.
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Bakıda baş tutan ilk qarşılaşma qolsuz heç-heçə yekunlaşmışdı.
İndi isə Sofiyada meydana çıxmaq zamanıdır.
Baş məşqçi Qurban Qurbanov komandanın səfərə oyundan iki yox, bir gün əvvəl yollanmasını qərara alıb.
“Qarabağ” əksər vaxtlarda iki gün əvvəl yola düşüb, dincəlir, matça hazırlaşırdı.
Görünür, təcrübəli mütəxəssis iki gün əvvəl bazada məşq etməyi yolda vaxt itirməkdən üstün tutub, yenilənmiş komandanın meydanda daha çox zaman keçirməsini istəyib.
Odur ki, iyulun 29-da, günorta saatlarında Bakıdan çarterr reysli təyyarə ilə havaya qalxacaq nümayəndə heyəti birbaşa Sofiyaya uçacaq.
İstirahət etməyə çox da vaxt qalmayacaq. “Köhlən atlar” oteldə 1-2 saat keçirəndən sonra stadionun yolunu tutacaq.
Çünki Bakı vaxtı ilə saat 20:30-da Qurban Qurbanovun mətbuat konfransı, bunan yarım saat sonra komandanın oyunöncəsi son məşqi var.
Qarşılaşma başa çatandan sonra “Qarabağ” birbaşa reysli geri qayıdacaq.
İyulun 30-da Vasili Levski adına stadionda keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

