“Diqtə edən tərəf biz idik, müdafiədə yaxşı iş gördülər”

02:30 Zirə 78
“Diqtə edən tərəf biz idik, müdafiədə yaxşı iş gördülər”

"İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik.

Baxmayaraq ki, meydanda diqtə edən tərəf biz idik. Rəqib müdafiədə yaxşı iş gördü".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin müdafiəçisi Ruan Renato Konfrans Liqası 2-ci təsnifat mərhələsinin "Payde" ilə cavab matçından əvvəl keçirilən mətbuat konfransında deyib.

Brazliyalı müdafiəçi bu dəfə fərqli oynamaq və mərhələni keçmək istədiklərini bildirib:

"Biz həftə ərzində bütün hazırlıqlarımızı bu yöndə aparmışıq. İlk oyundan fərqli olaraq, qol fürsətlərindən yararlanmaq istəyirik".

"Zirə" "Payde" ilə səfərdə keçirilən ilk görüşdə 0:1 hesabı ilə uduzub. Sabah Sumqayıtda oynanılacaq cavab matçı saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 16:30 Çək və bizə göndər!