Azərbaycan millisinin yarımmüdafiəçisi ölkə xaricində klub tapdı

30 İyul 01:10 Hadisə 516
Azərbaycan millisinin yarımmüdafiəçisi ölkə xaricində klub tapdı

"Zirə"dən ayrılan Anatoli Nuriyevin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını ölkə xaricində davam etdirəcək.

Azərbaycan millisinin üzvü Macarıstanda "Kişvarda" ilə müqavilə imzalayıb.

Bu barədə yüksək liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azad agent statusunda "Kişvarda"ya qoşulan futbolçu yeni komandasında 7 nömrəli formanı geyinəcək. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

Anatoli Nuriyev bu ilin fevralında "Zirə"yə keçmişdi. Hücumameyilli yarımmüdafiəçi komandada 13 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM