Karyerasını “Barselona”da davam etdirmək istəyir Danışıqları dayandırdı

29 İyul 15:40 İngiltərə 585
Karyerasını “Barselona”da davam etdirmək istəyir Danışıqları dayandırdı

“Tottenhem”in müdafiəçisi Kristian Romero karyerasını “Barselona”da davam etdirmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sport” nəşri məlumat yayıb.

Argentinalı futbolçu son günlər adı “İnter”lə hallansa da, Milan təmsilçisi ilə apardığı danışıqları dayandırıb.

28 yaşlı müdafiəçi “Barselona”dan təklif alacağına ümid etdiyi üçün qərarını tələsmədən vermək niyyətindədir.

Romeronun agentləri hesab edirlər ki, Kataloniya klubu bu transferi reallaşdırmaq gücündədir və yaxın vaxtlarda rəsmi danışıqlara başlayacaq. Bu səbəbdən, “İnter” artıq transfer bazarında alternativ namizədlər axtarmağa başlayıb.

Kristian Romeronun “İnter”ə mümkün transferinin dəyəri 40 milyon avro qiymətləndirilir. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti