Tanınmış xanım iş adamı Mahirin yeni işi haqda nə söylədi? - VİDEO

17:40 Hadisə 1 091
Tanınmış xanım iş adamı Mahirin yeni işi haqda nə söylədi? - VİDEO

Azərbaycan millisinin veteran müdafiəçisi Mahir Şükürov futbol məktəbi açıb.

Sumqayıtda fəaliyyət göstərəcək məktəbdə 5 və 15 yaş arası uşaqlar futbolun sirlərini öyrənəcək.

Bura təkcə oğlanlar yox, həm də eyni yaşda qızlar da müraciət edə bilər.

"YaaRa Tekstil”in təsisçisi və direktoru olan Yaqut Bayram Mahir Şükürovun yeni projesi barədə fikirlərini bildirib.

O, valdeynləri övladlarını bu məktəbə göndərməyə səsləyib. Bildirib ki, Şükürov etibarlı insandır və ona güvənməyə dəyər.

"YaaRa Tekstil” 2024-cü ildə Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

Mahir Şükürov müstəqillik tariximizin ən yaxşı sağ cinah müdafiəçilərindən biri olub.

"Gənclərbirliyi"nin yetirməsi "Neftçi", "Xəzər Lənkəran", "İnter" (indiki "Şamaxı"), "Qəbələ", "Karvan", "Antalyaspor", "Karşiyaka" (Türkiyə) və "Anji"də (Rusiya) forma geyinib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti