PSJ təslim oldu, “Real” qazandı - 130 milyon avroluq TRANSFER

29 İyul 16:00 Almaniya 1 837
PSJ təslim oldu, “Real” qazandı - 130 milyon avroluq TRANSFER

PSJ “Leyptsiq”in yarımmüdafiəçisi Yan Diomandeni transfer etmək uğrunda mübarizədən rəsmən geri çəkilib.

Sportinfo.az xəbər verir ki, “Real” almanlarla transferin bütün şərtlərini razılaşdırıb.

Bundan başqa, 19 yaşlı futbolçu ilə də şəxsi müqavilə üzrə anlaşma əldə olunub.

PSJ rəhbərliyi “Real”ın bu transfer yarışının qalibi olduğunu qəbul edib və artıq bazarda alternativ namizədləri dəyərləndirməyə başlayıb.

Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin transferi “Real”a 130 milyon avrodan çox vəsaitə başa gələcək. Uzun müddət ona əsas namizəd PSJ sayılsa da, son anda Madrid klubu rəqibini qabaqlaya bilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi