“Fənərbaxça” “Milan”ın hücumçusu Rafael Leaonun transferi üzərində işləməyə davam edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu portuqaliyalı futbolçunu 5 milyon avro qarşılığında icarəyə götürmək, müqaviləyə isə 40 milyon avroluq məcburi satınalma bəndi və 2-3 milyon avro bonus əlavə etmək istəyir.
Forvard hələ “Fənərbaxça” ilə şəxsi müqavilə şərtlərində razılığa gəlməyib. O, mövsüm ərzində 12 milyon avro qazanmaq istəyir.
Bu məbləğin 2 milyon avrosunun bonuslar hesabına ödənilməsi nəzərdə tutulub.
Həmçinin, daha əvvəl “Milan”ın Leaonun satışından 50-60 milyon avro gəlir əldə etməyi planlaşdırdığı bildirilib.
Türkiyənin digər klubu “Qalatasaray” da futbolçu ilə maraqlanır.

