“Kəpəz”lə vidalaşan doqquzuncu isim - Haranın yolunu tutdu?

29 İyul 21:20 Kəpəz 1 192
“Kəpəz”lə vidalaşan doqquzuncu isim - Haranın yolunu tutdu?

«Kəpəz»i tərk edənlərin siyahısı genişlənib. Bu dəfə Mahir Həsənov «sarı-göylər»lə vidalaşıb.

23 yaşlı müdafiəçi yetirməsi olduğu Gəncə klubu ilə müqaviləsinin müddətini uzatmayıb.

Ötən mövsümü icarə əsasında «Difai»də keçirmiş mərkəz oyunçusu «Karvan»a üz tutub.

O, növbəti mövsümdən I Liqada mübarizə aparacaq Yevlax təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Gəncə təmsilçisi ondan qabaq 8 nəfərlə vidalaşıb.

Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Yusif İmanov, Luis Paçu, Camal Cəfərov, Ehtiram Şahverdiyev və Olavale Onanuqa «Kəpəz»lə sağollaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!