Bərdədə futbol həyatı canlanır, yeni klub yaradılır? - VİDEOREPORTAJ

29 İyul 21:00 Sportinfo TV 777
Bərdədə futbol həyatı canlanır, yeni klub yaradılır? - VİDEOREPORTAJ

Bərdə şəhəri böyük futbol ənənələrinə sahibdir. Müstəqilliyin ilk illərində bölgənin yüksək dəstədə təmsilçiləri də olub.

Lakin uzun illərdir Bərdədə futbol həyatı bir qədər kölgədə qalıb. Buna baxmayaraq, yerli futbolsevərlər idmanın şahının yaşaması və yenidən canlanması üçün sözün həqiqi mənasında fədakarlıq göstərirlər.

Baxımsızlıqdan yararsız vəziyyətə düşmüş Bərdə şəhər stadionunda aparılan işlər və yaranan canlanma da bunun əyani göstəricisidir.

“Sportinfo TV” komandası bu dəfə məhz Bərdəyə yollanıb. Görülən işlərlə yerində tanış olub, stadiondakı dəyişiklikləri öz gözlərimizlə müşahidə etmişik.

Bərdədə futbolun yenidən ayağa qalxması üçün nələr edilir? Şəhər stadionunda hansı işlər görülür?

Daha ətraflı hazırladığımız videoda.

Digər Xəbərlər
Xəbər Lenti