Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında final görüşünə çıxıb.
Sportinfo.az xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı həlledici qarşılaşmada iranlı Alireza Hassan Rezaeiyə uduzaraq (1:2) gümüş medalla kifayətlənib.
Azərbaycan güləşçilərindən Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal qazanıb.

