"Mənim futbolçularım belə etsəydilər, onlara qəzəblənərdim"

22 Noyabr 2021 22:00 İngiltərə 495
"Mənim futbolçularım belə etsəydilər, onlara qəzəblənərdim"

“Derbi”nin baş məşqçisi, “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi Ula-Qunnar Sulşerin istefaya göndərilməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Runi sabiq komanda yoldaşına dəstək olub.

O, “Mançester Yunayted”in futbolçularını tənqid edib:

“Hesab edirəm ki, Sulşer yaxşı iş gördü, komandaya sabitlik gətirdi. Ancaq aydındır ki, MY kimi klubda çalışırsansa, nəticə olmayanda istefaya göndəriləcəksən.
Ona görə təəssüflənirəm. “Uotford”la oyuna baxdım və əsəbiləşdim. Bəzi futbolçular var ki, onlara bəraət yoxdur.

Futbolçu topu itirəndə əlini yelləyir və günahı başqasında görürsə... Əgər mənim futbolçularım belə etsəydilər, onlara qəzəblənərdim.

Amma bu futbolçular dünyanın ən yaxşı klubunda çıxış etsələr də, məsuliyyət hiss etmirlər”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu