Ayxan çempion oldu

3 İyul 2025 03:20 Güləş 1 485
Ayxan çempion oldu

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə Ayxan Cavadov (60 kq) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.

Fəraim Mustafayev (67 kq) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabıyla qalib gələrək bürünc medal qazanıb.

Seymur Qasımov (72 kq) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Elmin Əliyev (82 kq) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim