O, komandanın ən çox qazanan futbolçularından oldu

31 İyul 2021 21:40 İngiltərə 495
O, komandanın ən çox qazanan futbolçularından oldu

“Liverpul” müdafiəçisi Trent Aleksander-Arnoldla müqavilənin müddətini artırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə 4 illik yeni sözləşmə imzalanıb. Bu müqaviləyə əsasən, o, komandasının ən çox qazanan futbolçularından birinə çevrilib.

Aleksander-Arnold “Liverpul”un öz yetirməsidir. O, 2016-cı ildən bu klubun əsas komandasında forma geyinir. İngiltərə millisinin üzvü bu komandada 179 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti