Premyer Liqa klubuna keçir - Argentina millisinin hücumçusu

18 İyun 2021 18:40 İngiltərə 1 177
Premyer Liqa klubuna keçir - Argentina millisinin hücumçusu

“Ştutqart”ın və Argentina milli komandasının futbolçusu Nikolas Qonsales karyerasını İngiltərədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu “Brayton”la razılaşıb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Premyer Liqa təmsilçisinin Nikolas üçün “Ştutqart”a 29 milyon avro ödəyəcəyi bildirilir.

Qonsales “Brayton”la beş illik müqavilə imzalayacaq. Argentinalı futbolçu yeni klubunda mövsümə üç milyon avro qazanacaq.

Nikolas Argentina yığmasında 7 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız