Premyer Liqa klubu indi də ona üz tutdu

16 İyun 2021 15:20 İngiltərə 451
Premyer Liqa klubu indi də ona üz tutdu

“Everton” məşqçi axtarışlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Liverpul klubunun Rafael Beniteslə danışıqlara başladığı bildirilir.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, klubun siyahısında iki əsas namizəd var – “Vulverhemton”un sabiq baş məşqçisi Eşpiritu Santu və “Vest Hem”in çalışdırıcı Devid Moyes.

Amma onlarla danışıqlar müsbət nəticələnməyib. Bundan sonra klub rəhbərliyi Beniteslə əlaqə qurublar. O, 2019-cu ildən Çinin “Dalyan Pro” klubunda çalışıb və bu ilin yanvarında istefa verib.

Benites vaxtilə “Everton”un əzəli rəqibi “Liverpul”u da çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti