“Liverpul”da türk futbolçu ilə bağlı qərar verildi

18 May 2021 00:14 İngiltərə 840
“Liverpul”da türk futbolçu ilə bağlı qərar verildi

“Liverpul”da icarə əsasında çıxış edən Ozan Kabakla bağlı qərar verilib.

Sportinfo.az xəbər verir ki, Mersisayt təmsilçisi türk müdafiəçinin transfer hüquqlarını almayacaq.

Bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, “Liverpul”un Ozan üçün 18 milyon avro ödəməkdən vaz keçdiyi bildirilib.

Bu ilin fevralında “Liverpul”a keçən 21 yaşlı futbolçu Premyer Liqada 9 oyuna çıxıb.

Türkiyəli futbolçu yayda müqavilə ilə məxsus olduğu “Şalke”yə qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti