Türkiyə klubu Azərbaycan millisinin baş məşqçisinə tapşırıldı

5 Sentyabr 2023 02:10 İngiltərə 1 185
Türkiyə klubu Azərbaycan millisinin baş məşqçisinə tapşırıldı

Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Türkiyədə klub çalışdıracaq.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Əsgərov ötən mövsüm idman direktoru kimi işlədiyi "Fomget" qadın klubuna baş məşqçi təyin olunub.

Rəhbərlik mövsümün sonuna qədər baş məşqçi postunu ona tapşırıb.

Azərbaycanlı mütəxəssis artıq ilk sınağı üçün komandası ilə birlikdə Albaniyaya yollanıb.

Belə ki, ötən mövsüm Türkiyə Superliqasında çempionluq yaşamış adıçəkilən klub ölkəsini ÇL-də təmsil edəcək. "Fomget"in rəqibi İslandiyanın "Valur" klubudur.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM