Moldova millisinin qapıçısı rəsmən Azərbaycan klubunda

9 Avqust 2023 13:20 Hadisə 1 220
Moldova millisinin qapıçısı rəsmən Azərbaycan klubunda

“Araz-Naxçıvan” 10-cu əcnəbi futbolçunu transfer edib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qapı xəttini gücləndirib.

Naxçıvan klubu moldovalı Kristian Avramla 1 illik müqavilə bağlayıb.

193 sm boya malik olan və Moldova millisinə çağırılan 29 yaşlı qolkiperin son klubu vətənində “Petrokub” olub. Buna qədər o, Rumıniyanın “Buzau”, Moldovanın “Dinamo-Avto”, “Daçiya” komandalarında çıxış edib.

“Araz-Naxçıvan” yay fasiləsində Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike və İqor Ribeyro kimi əcnəbiləri transfer edib.

Klub eyni zamanda, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev və Zamiq Əliyevlə anlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti