Millini Bakıya o gətirəcək - Yeni müqavilə bağlandı

02:00 Hadisə 86
Millini Bakıya o gətirəcək - Yeni müqavilə bağlandı

Marko Rossi Macarıstan millisi ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin Futbol Assosiasiyasının rəsmi saytında məlumat yayılıb.

İtaliyalı mütəxəssisin 2030-cu ilin yayına qədər Macarıstan millisinin çalışdırması gözlənilir.

Keçmişdə “Breşiya” və “Sampdoriya” kimi klublarda çıxış edən Rossi, “Sampdoriya” ilə İtaliya kubokunu qazanıb.

Futbolçu karyerasını bitirdikdən sonra vətənində tanınmamış komandalarla işləyən Rossi daha sonra Macarıstana köçərək burada 5 il (kiçik bir fasilə ilə) “Honved” komandasına rəhbərlik edib.

“Honved” onun dövründə 23 ildən sonra ilk çempionluğunu qazanıb.

Rossi 2018-ci ildən Macarıstan milli komandası ilə çalışır.

Bu il iyunun 10-da Azərbaycan və Macarıstan milliləri Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!