COP29

“Xanımım evə gəlib dedi ki, icazə ver, mən də...”

5 Avqust 21:00 Hadisə 634
“Xanımım evə gəlib dedi ki, icazə ver, mən də...”

“Gözəl vaxtlar idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Bakı”nın formasını geyinmiş Ernad Skuliç deyib.

2008-2012-ci illər aralığında “zolaqlılar”ın uğurları üçün tər tökən, bu müddətdə Azərbaycan çempionu və ölkə kubokunun sahibi adını qazanan xorvatiyalı dayaq yarımmüdafiəçi xanımı ilə əlaqəli xatirəsini bölüşüb:

“Bakıda yaşayananda həyat yoldaşım müştəri qismində qadın salonuna getmişdi. Orada ona necə sevgi göstərmişdilərsə, evə gələndə, dedi ki, icazə ver, mən də salonda işləyim.

Evdə darıxırdı, vizajistliyə həvəsi var idi. Orada tanış olduğu qadınlar hər dəfə yazıb soruşurdular ki, nə vaxt işə gələcəksən, nə qədər gözləyək səni?

Yekunda salonda işləməyə başladı. Azərbaycanlı qadınlarla rəfiqəlik edirdi deyə, dilinizi öyrənmişdi.

Düzdür, danışmaqda çətinlik çəkirdi, bəzi sözləri unudurdu. Amma yanında danışılanları tam başa düşürdü”.

Digər Xəbərlər
Xəbər Lenti