COP29

Rəşad Sadıqov, “Neftçi”nin futbolçuları və daha kimlər – Möhtəşəm gecənin FOTOLARI

17 May 16:40 Hadisə 2 214
Rəşad Sadıqov, “Neftçi”nin futbolçuları və daha kimlər – Möhtəşəm gecənin FOTOLARI

Minifutbol üzrə ölkə çempionatında 2023/24 mövsümünə yekun vurulub.

16 komandanın mübarizə apardığı ölkə çempionatında medalçıların adlarına aydınlıq gəlib.

Üçüncü yer uğrunda mübarizədə “Real Bakı” ilə “Odlar Yurdu” kollektivləri qarşılaşıblar. “Qalaktikos” “Odlar Yurdu”nu 3:1 hesabı ilə məğlub edərək bürünc medalları boynundan asıb.

Funal oyununda isə ötənilki çempion “Birbaşa” ilə mövsümün sürpriz kollektivi “Aznur” qarşılaşıb.

Bəribaşdan qeyd edək ki, tədbirin təşkilatçılığı həmin gün Bakı Tennis Akademiyasına təşrif buyuranları valeh edib.

500-dən artıq azarkeşin izlədiyi mükafatlandırma mərasimindən öncə səhnəyə qızlardan ibarət rəqs qrupu, eləcə də “Band Group” dəvət olunub. Yarım saatlıq əyləncəli proqramın ardınca medallar və çempionluq kuboku sahiblərinə təqdim olunub.

Qaliblərə mükafatları Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Gənclər və İdman Nazirliyinin İdman şəbəsinin müdiri Elnur Məmmədov, futbol üzrə “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov, Azərbaycan millisinin sabiq futbolçuları Vaqif Cavadovla İlqar Qurbanov təqdim ediblər.

Yeri gəlmişkən, “Birbaşa” ilə “Aznur” arasındakı final matçını izləyənlər arasında “Neftçi”nin futbolçuları gözümüzdən yayınmadı.

Rza Cəfərov, Azər Salahlı, Filip Ozobiç və Yeqor Boqomolskinin arenada görünməsinin səbəbi təsadüfi deyildi. “Birbaşa”nın kapitanı Kamil Məmmədovun “Neftçi” rəhbərliyində təmsil olunur deyə, başqa əlavə axtarmağa gərək yoxdur.

Oyuna gəlincə, “Aznur” ilk hissədə hesabı açan tərəf oldu. Lakin qapıçının zədələnməsi və ehtiyatda başqa qapıçının olmaması səbəbindən “çərçivə”yə sahə oyunçuları keçdi ki, “Birbaşa” istəyinə çatdı.

Azərbaycan millisindən xatırladığımız Təmkin Xəlilzadənin dubl etdiyi dueldə “pivəçilər” rəqibin qapısından 5 top keçirməklə aşkar qələbəyə sevindi. “Aznur”un son saniyələrdəki təsəlli qolu heç nəyi dəyişmədi – 5:2.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"