COP29

Sərhəddəki uğursuzluqdan sonra ermənilər bunu "işə salıblar” - FOTO

30 May 2023 13:50 Hadisə 874
Sərhəddəki uğursuzluqdan sonra ermənilər bunu "işə salıblar” - FOTO

Məlum olduğu kimi, mayın 26-da Azərbaycanla Ermənistanın şərti sərhədində, Zəngilan rayonunun Rəzdərə kəndi yaxınlığında sərhədçilərimiz Ermənistan silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupunun dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıblar.

Tam silahlanmış iki erməni diversant - Harut Yurikoviç Hovakimyan və Karen Aşotoviç Qazaryan - döyüş sursatları ilə birlikdə saxlanılıb.

Gözlənildiyi kimi, erməni diversantların, necə deyərlər, “isti-isti” Azərbaycan sərhədçilərinin əlinə keçməsi barədə ilk məlumatların yayılmasından təxminən 40-45 dəqiqə sonra şokdan bir qədər özünə gələn Ermənistan Müdafiə Nazirliyi xəbəri təkzib etməyə çalışdı. Həmişəki kimi, çox yöndəmsiz halda dedilər ki, “mən mən deyiləm, inək də mənim deyil”.

Ermənistan Müdafiə Nazirliyi bildirdi ki, “Azərbaycan mediasında Ermənistan tərəfinin sərhəd zonasının cənub-şərq hissəsində təxribat törətmək cəhdi barədə yayılan məlumatlar tamamilə yalandır və reallığa uyğun gəlmir”.

Sonra, artıq gecəyarısı, Artsrun “tələbə”lərinin tələsik tərtib edilmiş versiyası ilə Ermənistan hərbi idarəsi xəbər verdi ki, silahlı qüvvələrinin döyüş mövqelərinə yemək çatdıran iki hərbi qulluqçu ilə əlaqə kəsilib.

Bu gün isə günorta saatlarında bütün gecəni gözünə yuxu getməyən Ermənistan Müdafiə Nazirliyi bir gün əvvəl yoxa çıxdığı iddia edilən, ərzaq və su ilə “tapılmış” təchizat maşını ilə bütöv bir tamaşa oynadı.

Yəni onlar, sadəcə, “KamAz”ı meşəlik əraziyə sürdülər, əlverişli bucaqdan bir neçə kadr çəkdilər və “voila” - versiya hazırdır.

“Aşkar edilmiş maşında hərbçilərdən birinə aid silah da aşkar edilib. Bu onu göstərir ki, hərbçilər hətta maşından düşsələr də və yerlərini müəyyənləşdirmək mümkün olmasa da, onların təxribat məqsədləri ola bilməz”, - deyə məlumatda vurğulanıb.

Ancaq bir uğursuz məqam var – kadrlarda avtomat silahının sandıqçası görünmür. Axmaq səhv? Şübhəsiz ki, bəli. Hərbçilərin mövqelərarası yolda, düşmən postlarının bilavasitə yaxınlığında, sandıqçasız silahla hərəkət etdiklərini təsəvvür etmək çətindir. Digər tərəfdən, bu necə ordudur ki, komandanlıq nəqliyyat vasitəsi ilə olan əsgərlərinin harada olduğunu bilmir?

Bu əməliyyatın uğursuzluğu və sonradan “kəşfiyyat qrupu”nun üzvlərinin yoxa çıxması səbəbindən, yəqin ki, hazırda Ermənistan paytaxtında vəziyyəti ən yaxşı şəkildə qurmaq və təqdim etmək barədə fəal müzakirələr gedir.

Belə bir şəraitdə güman etmək olar ki, erməni tərəfi öz əsgərlərinin “itkin düşməsi” ilə bağlı şəraitin yeni “detal”larını və versiyalarını uyduracaq. Bu yanaşmanın məqsədi bəllidir - özünü günahsız keçi roluna qoymaq, bununla da diqqəti əməliyyatın uğursuzluğundan yayındırmaq.

Çox güman ki, bu strategiya öz səhvlərini və uğursuzluqlarını ört-basdır etmək, diqqəti öz hərəkətlərindən yayındırmaq və məsuliyyətdən qaçmaq üçün istifadə olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti