
Ermənistan ordusunun əsgəri ölüb.
Ermənistan Müdafiə Nazirliyi hadisənin Azərbaycanla sərhədin Naxçıvan hissəsində baş verdiyini açıqlayıb.
Bildirilir ki, Arşak Sarkisyan bu gün Arazdəyən yaxınlığındakı döyüş mövqeyində ölümcül güllə yarası alıb.
İrəvan bu dəfə də Azərbaycanı ittiham edib.
Dünən dumanda itən erməni hərbçiyə görə Azərbaycan ittiham olunmuşdu, amma bir gün sonra əsgər sağ-salamat tapıldı.