Mahirin problemi yarandı, baş məşqçi icazə verdi ki…

25 Yanvar 2023 09:20 Hadisə 1 176
Mahirin problemi yarandı, baş məşqçi icazə verdi ki…

Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli zədələnib.

Sportinfo.az xəbər verir ki, millimizin üzvünün belində ağrılar var.

Bu səbəbdən Xorvatiya klubunun baş məşqçisi Ante Çaçiç 25 yaşlı forvardın məşqdə iştirak etməməsinə icazə verib.

Emreli zədəsini sağaltsa, ölkə çempionatının növbəti turunda “Lokomitva”ya qarşı oynaya biləcək.

Mahir Emreli 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti