Millidə qələbəyə görə inanılmaz mükafat - Hər futbolçuya 2,5 milyon avro

23 Noyabr 2022 21:40 Hadisə 686
Millidə qələbəyə görə inanılmaz mükafat - Hər futbolçuya 2,5 milyon avro

Qətərdə keçirilən dünya çempionatında Argentina üzərində qələbə qazanan Səudiyyə Ərəbistanı millisinin bütün futbolçuları külli miqdarda mükafat alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur futbol agenti Timur Qurtskaya məlumat yayıb.

Onun sözlərinə görə, hər futbolçuya 2,5 milyon avro mükafat verilib.

Səudiyyə Ərəbistanı millisi sensasiyalı şəkildə DÇ-2022-nin favoritlərindən sayılan Argentina yığmasını 2:1 hesabı ilə məğlub edib.

Qələbədən sonra Səudiyyə Ərəbistanında bütün işçilər, tələbələr üçün bayram tətili elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?