Xorvatlar "Neftçi"nin rəqibinə bu üzüntünü yaşatdı

7 İyul 2022 02:00 Hadisə 731
Xorvatlar "Neftçi"nin rəqibinə bu üzüntünü yaşatdı

Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Limassol klubu Xorvatiyadan "Slaven Belupo" ilə qarşılaşıb.

Görüş Koprivnitsa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədən sonra "Aris" 2 top fərqi ilə öndə olsa da, ikinci yarıda 4 qol buraxaraq məğlub olub.

"Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti