"Kiyev keçisi" 40 rus əsgərini yaraladı - FOTO

25 İyun 2022 14:30 Hadisə 1 095
"Kiyev keçisi" 40 rus əsgərini yaraladı - FOTO

Ukraynada keçinin cəld davranışı nəticəsində azı 40 rus əsgəri yaralanıb.

Rusiya əsgərləri Ukraynanın cənub-şərqində yerləşən Zaporojjya şəhərində xəstəxananın ətrafında tələ qurublar.

Lakin onların planlarını xaotik hərəkətləri ilə pozan keçi peyda olub.

"Keçinin xaotik hərəkətləri nəticəsində bir neçə qumbara partlayıb. Zəncirvari reaksiya zamanı 40 rus əsgəri yaralanıb" - məlumatda deyilir.

Qeyd olunub ki, ruslar şəhərdə qubaraları bir-birinə görünməz fəftillərlə bağlayaraq şəbəkə formasında tələ qurublar. Məhz keçinin cəld davranışı ilə qumbaralardan biri işə düşüb və digərləinin də partlamasına səbəb olub.

Keçinin qəsdən tələləri işə saldığı və ya təsadüfən onlara rast gəldiyi də müəyyən edilməyib.

Hər halda, onun mirası (balası) yaşayır. O vaxtdan bu heyvan sosial şəbəkələrdə “Kiyev keçisi” adlandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti