Mədət Quliyev daun sindromlu uşaqlara dəstək məqsədilə veloyürüşdə

15 May 2022 15:40 Hadisə 475
Mədət Quliyev daun sindromlu uşaqlara dəstək məqsədilə veloyürüşdə

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə daun sindromlu uşaqlara dəstək məqsədilə veloyürüş keçirilib.

Sportinfo.az xəbər verir ki, Azneft Meydanından start verilən veloyürüşdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, ölkəmizdə qonaq olan, daun sindromlu uşaqlara dəstək məqsədilə “Bike Up&Down” layihəsini yaradaraq, dünyanın bir çox ölkələrinə velosipedlə səfər edən fransalı cütlük Devi və Emilie Sançis, paravelosipedçilər və həvəskar idmançılar iştirak ediblər. Veloyürüş iştirakçıları Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.

Tədbir başa çatdıqdan sonra yürüş iştirakçıları xatirə fotosu çəkdiriblər.

“Bike Up&Down” layihəsinin təşkilatçıları olan fransalı cütlük Devi və Emilie Sançis 2022-ci il aprelin 29-da Gürcüstandan Azərbaycana keçib və mayın 7-də Bakıya çatıblar.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə qonaqlar burada bir çox görüşlər keçirib, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan şəraitlə tanış olublar.

Onlar, həmçinin “Ocaq” Gimnastika İdman Klubunda olub, Respublika Olimpiya Mərkəzində Xüsusi Olimpiya Komitəsinin təşkil etdiyi atletika üzrə yarışda iştirak ediblər.

Mayın 15-də cütlük Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu-2022”də iştirak etdikdən sonra Qazaxıstana yola düşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı