Məşhur futbolçuya qarajında hücum etdilər - Gecə klubundan qayıdanda

1 Dekabr 2021 18:40 Hadisə 415
Məşhur futbolçuya qarajında hücum etdilər - Gecə klubundan qayıdanda

“Arsenal”ın futbolçusu Qabriel soyğunçuların hücumuna məruz qalıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı dostu ilə birgə gecə klubundan qayıdarkən insidentlə üzləşib.

23 yaşlı futbolçu avtomobilini qaraja salarkən soyğunçular ona hücum ediblər.

Onlar Qabrieldən avtomobilin açarını, saatını və mobil telefonunu tələb ediblər. Amma futbolçu onlara müqavimət göstərib və soyğunçular qaçmalı olublar.

Hadisə avqust ayında baş versə də, detallar indi açıqlanıb. Futbolçu və dostu xəsarət almayıb.

Digər Xəbərlər
Xəbər Lenti