Samirin qarnı görənləri şoka saldı - HƏMİN FOTO

14 Oktyabr 2021 15:20 Hadisə 1 206
Samirin qarnı görənləri şoka saldı - HƏMİN  FOTO

Sportinfo.az xəbər verir ki, Marselin “Veladrom” stadionunda xeyriyyə oyunu keçirilib.

“Qəhrəmanların oyunu” adı verilən qarşılaşmada Didye Droqba, Qaiska Mendieta, Rober Pires, Cibril Sisse, Yens Leman kimi ulduzlar iştirak ediblər.

Amma azarkeşlərin diqqətini əsasən Samir Nəsri cəlb edib.

Onun qarnı hamını şoka salıb. Nəsrinin fiziki durumu sosial şəbəkələrdə də geniş müzakirə edilib. Axı bu futbolçu cəmisi 2 həftə əvvəl karyerasını bitirib və o vaxta qədər peşəkar futbolçu sayılırdı.

Amma onu da deyək ki, Nəsri peşəkar səviyyədə sonuncu dəfə 2019-cu ildə meydana çıxıb. O vaxtdan isə “Anderlext”in heyətində yer alırdı.

Bu amili nəzərə alan sosial şəbəkə istifadəçilərindən biri zarafatla belə yazıb: “Görəsən, mən də “Anderlext”lə müqavilə bağlaya bilərəm?".

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?