“Hər gün belə məşq etsəm, qayıda bilərəm - Nə deyirsiz?”

22 Sentyabr 2021 18:40 Hadisə 401
“Hər gün belə məşq etsəm, qayıda bilərəm - Nə deyirsiz?”

Braziliya futbolunun əfsanəsi Pele əməliyyat olunduqdan sonra bərpa məşqləri keçir.

Sportinfo.az xəbər verir ki, Pele sosial şəbəkədə xəstəxanadan video paylaşıb.

Videoda Pelenin necə məşq etdiyi görünür. Əfsanəvi futbolçu belə yazıb:

“Dostlar, həyat yoldaşımın çəkdiyi videonu sizə göndərirəm ki, sevincimi bölüşüm. Olduqca xoş münasibətlə əhatə olunmuşam. Bu da gündən-günə özümü yaxşı hiss etməyimə yardım edir.

Əgər hər gün belə məşq etsəm, “Santos”a qayıda bilərəm. Nə deyirsiz?”.

Digər Xəbərlər
Xəbər Lenti